Gəncədə ana 9 aylıq körpəsini su quyusunda boğaraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə ana 9 aylıq körpəsini su quyusunda boğaraq öldürüb

12:15 - 22 / 02 / 2016
Gəncədə ana 9 aylıq körpəsini su quyusunda boğaraq öldürüb

Gəncədə dəhşətli qətl hadisəsi törədilib.

 

1news.az-ın verdiyi xəbərə görə, Gəncə Şəhər Prokurorluğundan APA-ya bildiriblər ki, hadisə fevralın 19-da şəhərin Kəpəz rayonunda qeydə alınıb.

 

Rayon sakini, 1973-cü il təvəllüdlü Mətanət Məmməd qızı Hüseynova 9 aylıq oğlu Elmir Telman oğlu Hüseynovu həyətdəki su quyusuna atıb. Nəticədə uşaq boğularaq ölüb.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Hadisəni törədən M. Hüseynova həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Verilən məlumata görə, M.Hüseynova psixi xəstə olub.

 

1news.az

 

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər