Samir Şərifov: “2016-cı ildə qeyri-neft sektorunda daxilolmalar büdcə gəlirinin 45.2 faizini təşkil edəcək” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samir Şərifov: “2016-cı ildə qeyri-neft sektorunda daxilolmalar büdcə gəlirinin 45.2 faizini təşkil edəcək”

14:34 - 23 / 02 / 2016
Samir Şərifov: “2016-cı ildə qeyri-neft sektorunda daxilolmalar büdcə gəlirinin 45.2 faizini təşkil edəcək”

2016-ci ilin büdcəsinə dəyişiklik edilməsi Dövlət Neft Fondunun ehtiyatlarını 1 milyard dollar qənaət edilməsinə səbəb olacaq.

1news.az xəbər verir ki, bu haqda Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə dövlət büdcəsinə edilən dəyişiklik ADNF-dən dövlət büdcəsinə transferlərin artaraq 1 milyard 615 milyon manat olmasını nəzərdə tutur.

Nazir qeyd edib ki, 2-16-cı ildə qeyri-neft sektorunun gəlirləri büdcəni 45.2 faizini təşkil edəcək.    

“Qeyri neft sektorundan büdcə gəliri 7 milyard 597 milyon manat təşkil edir”, - nazir deyib.

S.Şərifov bildirib, dəyişiklik nəticəsində 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 2 milyard 256 milyon manat təşkil edib.

“Yenilənmiş dövlət büdcəsi layihəsində xam neftin satış qiymətinin 1 barreli üçün müəyyən edilmiş qiymət iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülüb.

2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 mlrd. 673 mln. manat təşkil edəcək”- deyə, nazir bildirib.

1news.az

 

Paylaş:
956

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər