Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaşlarla görüşəcək

00:14 - 23 / 02 / 2016
Kənd təsərrüfatı naziri Yevlaxda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevral ayının 25-də Yevlax rayonunda  Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinləri ilə görüşəcək.

1news.az-ın məlumatına görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçə bilərlər.

1news.az

 

Paylaş:
782

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər