XİN-in “Diplomatiya Aləmi” jurnalının Xocalı soyqırımı ilə bağlı xüsusi buraxılışı nəşr olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

XİN-in “Diplomatiya Aləmi” jurnalının Xocalı soyqırımı ilə bağlı xüsusi buraxılışı nəşr olunub

15:15 - 24 / 02 / 2016
XİN-in “Diplomatiya Aləmi” jurnalının Xocalı soyqırımı ilə bağlı xüsusi buraxılışı nəşr olunub

Xarici İşlər Nazirliyinin “Diplomatiya Aləmi” jurnalının “Xocalı soyqırımı: 26 fevral 1992-ci ildə Xocalıda törədilmiş cinayətin pislənilməsinə dair rəsmi sənədlər” adı xüsusi buraxılışı çapdan çıxıb.

1news.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, xüsusi buraxılışın “Xocalıda cinayət: cinayəti törədənlər və beynəlxalq hüquqi məsuliyyət” adlanan giriş hissədə Xocalı soyqırımının törədilməsinə görə Ermənistan Respublikası və onun siyasi-hərbi rəhbərliyində olan şəxslərin beynəlxalq hüquqi məsuliyyəti təhlil və izah edilib. Ermənistanın beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri kobud şəkildə pozaraq, Xocalıda soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törətməsi dair əsaslandırılmış beynəlxalq hüquqi dəlillər təqdim olunub.

Buraxılışın ümumi hissəsində isə aparılmış fəaliyyət nəticəsində Xocalı soyqırımını tanıyan və pisləyən 11 ölkənin (Bosniya və Herseqovina, Çex Respublikası, İordaniya, Pakistan, Kolumbiya, Qvatemala, Honduras, Panama, Peru, Sudan və Meksika), İslam Əməkdaşlıq Təşkilatının və eləcə də ABŞ-ın 18 ştatının qəbul etdiyi rəsmi sənədlər təqdim edilib.

Xüsusi buraxılışın Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları vasitəsilə beynəlxalq təşkilatlara, digər dövlətlərin rəsmi və ictimai dairələrində geniş şəkildə yayılması nəzərdə tutulub.

1news.az

 

Paylaş:
539

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər