Tarif Şurası daha 1940 dərman vasitəsinin qiymətini təsdiqlədi | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarif Şurası daha 1940 dərman vasitəsinin qiymətini təsdiqlədi

18:48 - 24 / 02 / 2016
Tarif Şurası daha 1940 dərman vasitəsinin qiymətini təsdiqlədi

Qiymətləri təsdiqlənmiş daha 1940 dərman vasitəsi fevralın 25-dən etibarən yeni qiymətlərlə satılacaq.

1news.az-a verilən məlumata görə, bununla da, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri təsdiqlənmiş və yeni qiymətlərlə satışda olan dərman vasitələrinin sayı 5651 olacaqdır.

Qeyd edək ki, indiyədək qiyməti təsdiqlənmiş dərman vasitələrinin həm tərkib üzrə, həm də ticarət adına görə ümumi siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsində (www.tariff.gov.az) yerləşdirilmişdir. Siyahı saytda “pdf” formatında yerləşdirilib ki, bu da həmin cədvəlin mobil telefonlara və planşetlərə yüklənməsinə və elektron kitabça kimi istifadə etməyə imkan yaradır.

1news.az

 

Paylaş:
656

Son xəbərlər

Bütün xəbərlər