Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiyalar yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiyalar yaradılacaq

09:39 - 24 / 02 / 2016
Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi komissiyalar yaradılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 2015-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib.

1news.az-ın məlumatına görə, nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda nazir Hüseyn Bağırov 2015-ci il ərzində ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Nazir dövlət başçısının ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini vurğulayıb.

Kollegiya iclasında Nazirliyin ayrı-ayrı qurumları tərəfindən 2015-ci il ərzində görülmüş işlər qiymətləndirilib və işlərində buraxdıqları nöqsanlar müzakirə olunub.

Sonra tabeli qurumların rəhbərlərinin 2015-ci ilin yekunları ilə bağlı hesabatları dinlənilib. Dinlənilən məruzələrlə bağlı aparılan müzakirələrdə müvafiq qurumlarda görülmüş müsbət işlərlə yanaşı nöqsanlar da qeyd olunaraq iradlar bildirilib.

Kollegiyanın sədri H.Bağırov dövlət başçısının son müşavirələrdəki çıxışlarından irəli gələn və Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib və bu vəzifələrin icrası ilə bağlı müasir tələblərə cavab verən strateji planların hazırlanması üçün müvafiq komissiyaların yaradılması barədə qərar qəbul edilib.

Kollegiya iclasında cari məsələlər də müzakirə edilib, iclasın sonunda Kollegiyanın qərarı ilə 2016-cı il üçün iş planı təsdiq edilib.

1news.az

Paylaş:
483

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər