Fici qasırğada ölənlərin sayı 36 nəfərə çatdı
Sakit okeanda yerləşən Fici ada dövlətində baş verən "Uinston" tropik qasırğası nəticəsində ölənlərin sayı günbəgün artır.
1news.az xəbər verir ki, indiyədəkdək 29 nəfərin öldüyü bildirilirdisə , artıq qurbanların sayı 36 nəfərə çatıb.
Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə istinadən "Frans Press" məlumat yayıb.
Qasırğaya ən yüksək, beşinci, təhlükə dərəcəsi verilib. Hökumət 30 gün müddətinə ölkədə təbii fəlakət rejiminin tətbiq edildiyini bildirib.
1news.az
459