Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək – FOTO

10:15 - 24 / 02 / 2016
Bərpa işləri tarixi kinoteatr binasına yeni ruh verəcək – FOTO

Şübhəsiz ki, bir çox Bakı sakininin qəlbində şəhər mərkəzinin ən gözəgəlimli yerində qərar tutan və füsunkar Ar Deko üslubunda inşa edilmiş Azərbaycan Kinoteatrı ilə bağlı əziz xatirələri yaşamaqdadır.

Son illərdə çox sevilən bu kinoteatra lazımi diqqət yetirilməsə də, hal-hazırda başa çatmaqda olan cazibədar bərpa layihəsi xəbəri, kino və memarlıq həvəskarlarını yəqin ki, çox sevindirdi.

Orijinal Ar Deko dekorativ üslublu fasadların böyük sevgiylə qorunub saxlanılması ilə birgə, burada qısa müddət sonra açılacaq ultra-müasir çox zallı kinoteatrın ehtiyaclarının ödənilməsi məqsədi ilə, köhnəlmiş daxili məkan tamamilə yenidən qurulub.

Beləliklə, binanın xarici görünüşünün gələcək nəsillər üçün qorunub saxlanılması ilə yanaşı, onun ilkin təyinatı da qorunub saxlanılacaq. Bu heyrətamiz layihəyə son ştrix isə, Bakı filialı binanın birinci mərtəbəsində yerləşəcək və kinosevərləri valeh edəcək dünya şöhrətli “Hard Rock Cafe” olacaq.

Layihə rəhbərlərinin əsas məqsədləri memarlıq incisini tam bərpa edilmiş şəkildə şəhərə geri qaytarmaq və binanı müasir kinoteatr qismində uzunmüddətli istifadəyə hazır vəziyyətə gətirməkdən ibarət idi. Buna nail olmaq üçün mütəxəssis mühəndis komandası işə dəvət olunaraq, daxili demontaj işləri aparılarkən, fasadların zədələnməməsini təmin etdi. Aşağıdakı şəkillərdə göründüyü kimi, əvvəl (qırmızı oxlarla göstərilən) müvəqqəti xarici dəstək konstruksiyaları inşa edilərək, mövcud struktura zərər verilməyəcək qaydada fasadlara birləşdirildi.

Tarixi fasadlar tam gücləndirildikdən və zədələnmədən mühafizə edildikdən sonra, qalan strukturlar xaric edilərək, qorunan divarları dəstəkləmək üçün müasir bünövrə inşa edildi.

Bünövrə inşasının ardından yeni dəmir-beton karkas tikilərək, artıq qorunmaqda olan divarlara birləşdirildi. Daimi struktur işləri başa çatdıqdan sonra, 2016-cı ilin ilk günlərində müvəqqəti xarici konstruksiyalar söküldü və tarixi fasadın orijinal əzəməti bir daha işıq üzü gördü.

Həm “Hard Rock Cafe”nin, həm də yeni multiskrin tipli kinoteatrın ictimaiyyət üçün açılışının 2016-cı ilin yay mövsümünün sonunda baş tutacağı gözlənilir.

Paylaş:
910

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər