Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun təlim kursu başlayıb
Müdafiə Nazirliyi ilə NATO arasında 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən fevralın 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında təlim kursu başlayıb.
1news.az-ın məlumatına görə, NATO-nun Brunssum şəhərində yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Birgə Əməliyyat və Səfər Qiymətləndirilməsi” mövzusunda keçirilən kursa Silahlı Qüvvələrin müxtəlif qoşun növlərinin zabitləri cəlb olunublar.
Üç gün davam edəcək təlim kursunda NATO nümayəndə heyəti tərəfindən iştirakçılara “NATO-nun hərbi strukturu”, “Hərbi tərəfdaşlıq”, “Əməliyyat planlaşdırma prosesi”, “Əməliyyatların qiymətləndirilməsi”, “Məlumatların toplanması və təhlili” və digər mövzularda məlumatlar veriləcək, sindikatlar keçiriləcək.
1news.az