Non-Life seqmentində Azərbaycanın sığorta şirkətlərinin mükafatları artıb
2016-cı ilin yanvar ayında Non- Life seqmentində Azərbaycanın sığorta şirkətlərinin mükafatları 63.8 milyon manat təşkil edib. Bu isə 2015-ci ilin analoji dövründən 16.6 faiz daha çoxdur.
“ İlin yekunlarına görə, Non-Life Insurance ölkənin sığorta bazarının 83.6 faizini tutur”, - deyə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) hesabatında deyilir.
Mükafatların 36.9 milyon manat, yaxud 57.8 faizi tibbi sığortaya, 6.9 faizi hana nəqliyyatı vasitələrinin sığortasına, 5.7 milyon manat mülkiyyətin vacib sığortalanmasına, 4.7 milyon manat isə avtomobillərin vacib sığortalanmasına görə toplanan sığortadır.
Non-Life Insurance üzrə sığorta şirkətlərinin ödənişləri 9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə 5.9 faiz azdır. Sığortanın bu növü üzrə sığortaçıların 68.1 faizi ödniş edib.
Non-Life Insurance seqmentində mükafatların hər 100 manatına görə 14.3 manat ödəniş düşür ki , 2015-ci ilin yanvar ayında bu göstərici 14. 3 manat təşkil edirdi.
Qeyd edək ki, ümumilikdə 2016-cı il ərzində Azərbaycan sığorta şirkətlərinin mükafatları 76.3 milyon manat təşkil edib. Bu isə ötən ilin analoji dövürünü 21.3 faiz üstələyir.
1news.az