ADIF-ə sığortalanan əmanətlərə görə faiz dərəcəsinin maksimum qaldırılması haqqında müraciət daxil olub | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADIF-ə sığortalanan əmanətlərə görə faiz dərəcəsinin maksimum qaldırılması haqqında müraciət daxil olub

13:21 - 25 / 02 / 2016
ADIF-ə sığortalanan əmanətlərə görə faiz dərəcəsinin maksimum qaldırılması haqqında müraciət daxil olub

Azərbaycan Banklar Assosiasiyası (ABA) Azərbaycanda Əmanətlərin Sığortalanması Fonduna (ADIF) müraciət edərək sığortalanan əmanətlərin faiz dərəcəsinin maksimal səviyyədə qaldırılması ilə bağlı müraciət edib.

1news.az xəbər verir ki, bu haqda jurnalistlərə Azərbaycan  Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev bildirib.Onun sözlərinə görə bu gün bank əmanətlərinin əsasən əhali üçün manatla olan əmanətlərin cəlbediciliyini artırmaq lazımdır.

“Bu gün sığortalanan əmanətlərə görə maksimal faiz dərəcəsi 12 faiz təşkil edir. Bu yüksək göstəricidir. Buna baxmayaraq əhali hələ də milli valyuta ilə əmanət yatırmağa ehtiyat edir, növbəti devalvasiyanın olacağından qorxurlar.

Əgər maksimal  faiz dərəcəsi yüksələrsə, əhali daha  manatla vəsaitləri banklara daha çox əmanət edər”,- deyə C.Abdullayev bildirib.

O, həmçinin qeyd edib ki, dollarlaşdırma tendensiyasına baxmayaraq, təkcə yanvar ayında banklara 50 milyon manat həcmində milli valyuta ilə əmanət yerləşdirilib.

Qeyd edək ki, hazırda 30 mindən çox olmayan manatla yatırımlar 12 faiz dərəcəsi ilə sığortalanır.

Daha əvvəl ADİF-in icracı direktoru Azad Cavadov bildirib ki, ADIF Himayəçilər şurası sığortalanan əmanətlərin faiz dərəcəsinin maksimum həddinin artırılması məsələsinə yenidən baxacaq.

Onun sözlərinə görə azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə mindikdən sonra ADIF Qəyyumlar Şurasının fövqəladə iclası çağırılacaq.

Fondun rəhbəri aydınlaşdırıb ki, qanun qüvvəyə mindikdən sonra sığortalanan əmanətlərin həcmi ilə bağlı məhdudiyyətlər aradan qaldırılacaq. Bununla yanaşı yatırım faizinə görə məhdudiyyət saxlanılacaq.

“Aydındır ki, yeni şərait yatırım üzrə dərəcələrin dəyişdirilməsini tələb edəcək. ADIF Qəyyumlar Şurası bununla əlaqədar qərar qəbul edəcək.

“Əmanətlərin tam sığortalanması haqqında”Qanun 1 fevral 2016-cı il tarixindən sığortalanan bank əmanətlərinin həcmi ilə bağlı məhdudiyyətlər aradan qalxacaq. Bununla yanaşı yatırım faizinə görə  məhdudiyyət saxlanılacaq. Lakin faiz dərəcələri yatırılan valyutadan asılı olaraq fərqləndiriləcək. Bu mənada manatla yatırımların faiz dərəcəsi yüksələcək ki, milli valyuta- manatla yatırımlara maraq artsın. Qanunvericiliyə uyğun olaraq sığortalanan əmanətlərin maksimal faiz dərəcəsi ADIF Qəyyumlar Şurası tərəfindən müəyyən olunur. Əgər faiz dərəcəsi müəyyən olunan hədd daxilində olarda əmanətlər 3 il müddətinə sığortalanacaq.

Qeyd edək ki, “Əmanətlərin tam sığortalanmasi haqqında” Qanun , həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik hələ qüvvəyə minməyib.

Xatırladaq ki, ADIF 13 avqust 2007-ci ildə yaradılıb.

Əmanətlərə görə ödənişləri ADIF-ə əmanətçilər deyil, bankların özü ödənişlər formasında göndərilir.

Əmanətçilər gərəkən bütün informasiyanı ADIF-ın rəsmi saytından, yaxud Fondun “qaynar xətt”i-941 və (+99412) 596-65-91/92 nömrələrinə zəng etməklə əldə edə bilər.

1news.az

Paylaş:
789

Son xəbərlər

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36
Bütün xəbərlər