Yeni Passat – yeni biznes-klass - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Yeni Passat – yeni biznes-klass - FOTO

15:10 - 25 / 02 / 2016
Yeni Passat – yeni biznes-klass - FOTO

Bu şüar ilə Volkswagen Passat-ın 8-ci nəsli 2015-ci ildə Avropanı fəth edib ilin avtomobili seçildi.

1news.az-ın verdiyi xəbərə görə, yeni Passat artıq 2016-ci ilin fevral ayının 24-də Azərbaycana gəldi. Volkswagen AG-nin Azərbaycanda rəsmi idxalçısı olan “EuroStyle LTD” şirkəti elə bu tarixdə avtomobili ictimaiyyətə təqdim etdi.

B8 indeksli Passat innovativ yeniliklərlə seqmentində çox böyük sıçrayış əldə edib. Avtomobildə istifadə olunan mütərəqqi texnologiya və yeni komponentlər onu premium seqmentə daha da yaxın etdi. İndi Passat daha statuslu və dinamik görkəm əldə edərək rəqibləri üçün nümunədir.

İnnovativ MQB platforması üzərində istehsal olunan bu model sələfi ilə müqaisədə daha genişdir. Avtomobilin uzunluğunun cüzi dəyişməsinə baxmayaraq (2 mm azalıb) təkərlərarası baza və salondakı sərnişinlər üçün yer olduqca artıb (uyğun olaraq 79 mm və 38 mm) və baqaj bölməsi də öz növbəsində böyüdülərək 586L həcmə malik olub. Avtomobilin çəkisi isə əksinə, 85 kq azaldılaraq 1480 kq-a salınıb. Buna nail olmaq üçün Volkswagen mühəndisləri avtomobilin gövdəsində və mühərrikində yüksək möhkəmliyə malik yüngül lehimli mikro metal birləşmələrdən istifadə ediblər. 

Yeni Passat-ın işıq texnikası hətta ondan yan keçdikdə belə diqqəti cəlb edir. Tam LED yığımlı ön dinamik fənərlər Volkswagen minik avtomobillərinin model cərgəsində ilk dəfədir ki istifadə edilir və bunun təzahürü olaraq işıqlandırma 15% daha effektiv oldu. İndi işıqlandırma 15% daha effektiv oldu. Bundan başqa, yeni Volkswagen üslubunda hazırlanan radiator barmaqlıqları və üslubu daha da dəqiq tərənnüm edən zərif cizgilər (xromla işləmələr) avtomobilin premiuma meyilliliyini tamamlayır.

İnteryerdə əsaslı dəyişikliklərə baxmayaraq, avtomobilə əyləşərkən ənənəvi Passat dəst-xəttini dərhal tanımaq olur. Sürücü tərəfə yönəldilmiş multifunksional kokpit, geniş deflektorlar və mərkəzdə yerləşdirilmiş klassik analoq saat nəsildən nəsilə keçərək bu dəst-xəttin ayrılmaz hissəsinə çevrilmişdir.  Patentləşmiş texnologiya əsasında hazılanmış “topComfort” və “ergoComfort” tipli oturacaqlar sürücü və sərnişinlərə səyahət vaxtı yorulmağa imkan vermir. 3-zonalı iqlim kontrol funksiyalı kondisioner, oturacaqların isidilməsi və soyudulması hava şəraitindən asılı olmayaraq salonda optimal mikroiqlim yaratmağa imkan verir.

Multimedia sistemi baxımından daima ön cərgədə olan Passat bu dəfə gözləntiləri üstələyib: 6.5” sensor ekran, həcmli səs effekti yaradan 8 ədəd dinamik, CD, MP3, SD, USB, AUX-İN, Bluetooth və hətta səs ilə idarə etmə sistemi artıq baza təchizatında təklif olunur.

Yeni Passatın dinamik görünüşü onun xasiyyətinin təcəssümüdür. Avtomobil daha çevik və manevrli olub. Volkswagenin müxtəlif mühərrik cərgəsindən ölkəmizə hələ ki yalnız 1.8L həcmli, 180 at güclü benzin mühərriki idxal olunur. Mühərrik həm qənaətcil, həm də daha yüksək dartı qüvvəsinə malikdir. Avtomobil 100 km/s göstəricisinə cəmi 7.7 saniyəyə çatır. 100 km məsafəyə qarışıq rejimdə orta sərfiyyat isə 5.8L-ə bərabərdir.

Təhlükəsizlik göstəriciləri də yüksək səviyyədə olmaqda qalır. 6 ədəd təhlükəsizlik yastıqları, avtomobilin hər bir yol səthində dayanıqlılığını təmin edən ABS, ASR, EDL və ESC sistemləri hər an öz komandasını gözləməklə sürücünün xidmətindədir. Bütün bunlardan əlavə olaraq sürücünün yorğunluğunu təyin edən köməkçi sistemin funksiyası təhlükəsiz idarəetmənin əsaslarındandır.

İnnovativ və tam elektron “Active Info Display” məlumat paneli və təkmilləşdirilmiş 286.6° bərabər dairəvi görünüş sahəsi sürücüyə hətta sıx nəqliyyat axınında belə ətrafda baş verənlərə rahatlıqla rekasiya verməyə imkan yaradır.

43 ildə 22 mln çox satılan və popularliğına görə brendin 2-ci avtomobili olan Volkswagen Passat-ın 8-ci nəslindən gözləntilər həddindən artıq çoxdur. Nəsildən nəsilə Volkswagen-sevərlər Passatdan həmin keyfiyyət, həmin komfort və daha yüksək tərtibat tələb edirlər.  Daha müasir tərtibat və daha statuslu üslub əldə edən yeni Passat istehsalatın ilk ilində gözləntiləri doğrulmaya başlayıb. 220 mindən çox Avropalı 2015 ildə yeni Passat sahibi oldular və bu göstəriciyə görə avtomobil ilk onluğa daxil oldu.

2016-ci ildə nəhayətki Azərbaycana idxal olunan bu modelin geniş yayılacağına şübhə yoxdur.

Rəsmi idxalçı Passatı 2 təchizatda təklif edir: Comfortline – 53 900 AZN və Highline – 59 500 AZN.

Avtomobillərə 5 il müddətində tam zəmanət verilir. Həmçinin müraciət edən müştərilər salonlarda seçdikləri avtomobilləri test drive edə bilərlər.

Daha ətraflı: *7788

Babək, pr-i 35a. Volkswagen Bakı Mərkəzi

www.volkswagen.az

https://www.facebook.com/VolkswagenAZ

https://www.instagram.com/volkswagen_azerbaijan/

Paylaş:
7417

Son xəbərlər

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36
Bütün xəbərlər