Bakıda Azərbaycan - İran işgüzar görüşü keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan - İran işgüzar görüşü keçirilib

15:33 - 25 / 02 / 2016
Bakıda Azərbaycan - İran işgüzar görüşü keçirilib

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-İran işgüzar görüşü keçirilib.

1news.az-ın məlumatına görə, görüş İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutub.

Tədbirdə mədən, qida, kimya, yüngül sənaye, tikinti və mebel istehsalı sahələrində fəaliyyət göstərən 25-dən çox iranlı iş adamı iştirak edib. Azərbaycan tərəfi isə analoji sahələrdə  fəaliyyət göstərən sahibkarlarla təmsil olunub.

İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və İran arasında siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu günlərdə İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində aparılmış müzakirələr və imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan və İran arasında müxtəlif sahələr üzrə işçi qrupları fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüş və sərgilər təşkil olunur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Bununla belə, iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var.

Şərqi Azərbaycan vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində təşkil edilmiş bugünkü işgüzar görüşün də əməkdaşlığın inkişafına, ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyindən əminliyini ifadə edən S.Babayev iranlı sahibkarları azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Tədbirdə İran iş adamlarına Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış əlverişli şərait barədə geniş məlumat verilib.

İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ölkələrimiz arasında əməkdaşlığın digər sahələrdə olduğu kimi iqtisadi sahədə də uğurla davam etdiyini vurğulayıb. İki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran səfir Pakayin yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilmiş görüşlərin Azərbaycan-İran əlaqələrinin inkişafına təkan verdiyini xüsusi qeyd edib.

İşgüzar görüş Azərbaycan və İran iş adamlarının əlaqələrin genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

1news.az

Paylaş:
856

Son xəbərlər

Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25
Bütün xəbərlər