Sabah Azərbaycandakı bütün məscidlərdə Xocalı soyqırımı qurbanları anılacaq
Fevralın 26-da Bakıda və respublikanın bütün bölgələrindəki məscidlərdə Cümə namazı zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunacaq.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
İdarədən bildirilib ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin göstərişi ilə onlar üçün Quran oxunacaq, dualar ediləcək.
A.Paşazadə bütün Azərbaycan xalqına və şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, Allahdan Vətənimiz uğrunda şəhid olanlara rəhmət diləyir, torpaqlarımızın azad və ərazi bütövlüyümüzün bərpa olunması üçün dualar edir.
1news.az
528