Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Banka bazarda vəziyyəti tənzimləməklə bağlı təklif göndərib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Banka bazarda vəziyyəti tənzimləməklə bağlı təklif göndərib

16:58 - 25 / 02 / 2016
Azərbaycan Banklar Assosiasiyası Mərkəzi Banka bazarda vəziyyəti tənzimləməklə bağlı təklif göndərib

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkənin bank sektorunda vəziyyətin stabilləşməsi ilə əlaqədar  təkliflər paketi hazırlayıb.

1news.az xəbər verir ki, bu haqda jurnalistlərə Azərbaycan  Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev bildirib.

Onun sözlərinə görə sənəd 28 təklifi əhatə edir.

“İlk növbədə biz bankların məcmu kapitalında  subordinasiya olunmuş kredit normasını artırmağı təklif edirik. Bu halda banklar istənilən vaxt vəsaitləri sabit valyutaya çevirə biləcək”, - C. Abdullayev deyib.

Bundan əlavə ABA bankların məcmu kapital strukturunda valyuta rezervlərinə olan limiti qaldırmağı təklif edir. Girovluqda olan mülkiyyətin satışından ƏDV-nin ləğv olunmasını, sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 12 faizdən 15 faizə qaldırılmasını,bununla da manatla yatırımlara marağın artırılmasını təklif edir.

“Məsələ ondadır ki, bank sektoru sağlamlaşdırılmasa iqtisadfiyyatın real inkişafından danışmaq olmaz. Real sektorun gələcək inkişafı isə bu gün bizim üçün birinci dərəcəli vəzifədir”- C.Abdullayev deyib.

Qeyd edek ki, ABTM qeyri- hökumət təşkilatıdır. ABA-nın törəmə strukturudur. ABTM-in fəaliyyəti haqqında keçiddə məlumat ala bilərsiniz.

1news.az

Paylaş:
1037

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər