“Google Docs”da artıq səsli redaktə etmək mümkündür
“Google”un proqramçıları “Google Docs” onlayn xidmətində yeni funksiya təqdim ediblər. Artıq istifadəçi səsin köməyi ilə təkcə mətni yığmaq deyil, həm də onu redaktə edə biləcək.
1news.az Gazeta.ru-ya istinadla xəbər verir ki, keçən ilin sentyabrında “Google Docs” xidmətində mətnin səslə daxil edilməsi funksiyası istifadəyə verilib.
Altı ay sonra isə proqramçılar yeni funksiyanı təqdim ediblər. İndi mətni anında səsli redaktə etmək olar. Həmin funksiya yalnız ingilis dilində mövcuddur.
Komandaların siyahısı şirkətin bloqunda dərc edilib. Səs komandalarının köməyi ilə sözü seçmək, yeni abzasdan başlamaq, bu və ya digər sözü əvəz etmək, köçürmək və digər funksiyaları əlavə etmək olar. Bu funksiyalardan mobil cihazlara aid olması barədə hələ məlumat əldə edilməyib.
1news.az