“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunda dəyişiklik edilib
Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edib.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820, Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1408-IVQD nömrəli Qanunu) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Babək rayonu” bölməsinin 59.13-cü bəndi ləğv edilsin".
Bundan əlavə, Prezident İlham Əliyev “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 128-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 12 fevral tarixli 128-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
President.az