Diaspor nümayəndəsi Xocalı soyqırımı ilə əlaqədar Avropa Parlamentinin deputatı ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Diaspor nümayəndəsi Xocalı soyqırımı ilə əlaqədar Avropa Parlamentinin deputatı ilə görüşüb

18:39 - 27 / 02 / 2016
Diaspor nümayəndəsi Xocalı soyqırımı ilə əlaqədar  Avropa Parlamentinin deputatı ilə görüşüb

Fevralın 26-da Brüsseldə Avropa Parlamentinin binasında “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Hollenbrandla Avropa Parlamentinin isveçli nümayəndəsi Niklas Laindström arasında Xocalı soyqırımı ilə bağlı görüş keçirilib.

Görüşdə Nadir Hollenbrand isveçli  deputata Xocalı soyqırımı barədə məlumat verib, ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdikləri amansız qətliamın nəticələrindən bəhs edib.

Daha sonra Avropa Parlamentində təmsil olunan 6 isveçli deputata Xocalı soyqırımından bəhs edən kitabı və soyqırım qətnaməsinin ingilis dilində olan versiyasını təqdim edib. N. Hollenbrand isveçli parlament üzvlərindən 1992-ci ilin  26 fevralında baş vermiş bu hadisələrə obyektiv və dürüst yanaşmalarını xahiş edib.  Həmçinin, fevralın 26-da Brüsseldə Xocalı soqırımı ilə bağlı  keçirilən mitinqin qətnaməsinin sürətini Avropa Parlamentinin dəftərxanasına təqdim edib.

1news.az

Paylaş:
1127

Son xəbərlər

Bütün xəbərlər