Brent neftinin qiyməti 37 dollara yaxınlaşır
Xam neft ixracatçısı ölkələrdən hasilatla bağlı gələn fərqli şərhlər fonunda birjalarda “qara qızıl”ın qiyməti bahalaşmaqda davam edib.
1news.az xəbər verir ki, hazırda Layt markalı neftin bir barreli Nyu-Yorkun NYMEX birjasında 34,22 dollara, Brent nefti isə Londonun İCE birjasında 36,58 dollara satılır.
Analitiklər Brent neftinin barrel qiymətinin 35 dollardan baha olmasının alışları artıracağı qənaətindədirlər. Hətta “qara qızıl”ın qiymətinin 38 dollaradək bahalaşacağı da gündəmdədir.
1news.az
523