Ukrayna ölüm hökmünü bərpa etmək istəyir | 1news.az | Xəbərlər
Dünya

Ukrayna ölüm hökmünü bərpa etmək istəyir

00:42 - 27 / 02 / 2016
Ukrayna ölüm hökmünü bərpa etmək istəyir

Ukrayna Prezidenti Petr Poroşenkonun saytında ölkədə ölüm hökmünün bərpa edilməsinə dair petisiya başlayıb.

1news.az AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu haqda  Rusiyanın NTV telekanalı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, petisiyanın müəllifləri ölüm hökmünün tətbiq olunmasının vacibliyini “daxili və xarici düşmənlərin yüksək səviyyəli təsiri”, həmçinin ölkədə “əsaslı dəyişikliklər dövrü” ilə izah edirlər. Sənəddə, eyni zamanda, ölüm hökmünün ABŞ və Çində də mövcud olduğu vurğulanır.

Petisiya ən azı 25 min imza yığacağı təqdirdə, prezident ona öz münasibətini bildirməlidir.

Son iki gündə Ukrayna prezidentinin saytında eyni vaxtda dörd analoji petisiya qeydiyyatdan keçib. Onlardan birinin müəllifi ölüm hökmünün caniləri yedizdirməmək üçün tətbiq olunmasını istəyib. Digərləri isə ən ağır cəzanın korrupsiya və ya qətl törədənlər üçün tətbiqini təklif ediblər.

1news.az

Paylaş:
659

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər