Azərbaycanda fevralın 28-də 79 cinayət faktı qeydə alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda fevralın 28-də 79 cinayət faktı qeydə alınıb

17:30 - 29 / 02 / 2016
Azərbaycanda fevralın 28-də 79 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 79 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 25-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 21 nəfər tutulub.

1news.az

Paylaş:
601

Son xəbərlər

Bütün xəbərlər