​Bağdadda terror aktı nəticəsində 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb | 1news.az | Xəbərlər
Dünya

​Bağdadda terror aktı nəticəsində 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb

09:24 - 29 / 02 / 2016
​Bağdadda terror aktı nəticəsində 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb

İraqın paytaxtı Bağdadın şərqində törədilən iki terror aktı nəticəsində 70 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

1news.az xəbər verir ki, bu barədə ölü və yaralıların yerləşdirildiyi paytaxt xəstəxanalarının əməkdaşlarına və polisə istinadən "Reuters" məlumat yayıb.

İki partlayış şiələrin məskunlaşdığı Mədinət-əs-Sədr məhəlləsində baş verib. Bəzi məlumatlara görə, əvvəlcə bomba partlayıb, bir neçə dəqiqədən sonra isə terrorçu-kamikadze kütlənin içərisində ikinci partlayışı törədib. Digər məlumatlara görə isə, terror aktlarını iki kamikadze törədib.

Partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

1news.az

Paylaş:
515

Son xəbərlər

Bütün xəbərlər