Azərbaycan və İranın birgə əczaçılıq müəssisəsi yaradılacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan və İranın birgə əczaçılıq müəssisəsi yaradılacaq

21:35 - 29 / 02 / 2016
Azərbaycan və İranın birgə əczaçılıq müəssisəsi yaradılacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfərindən sonra İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı daha da artıb, bir sıra İran şirkətlərinin nümayəndələri ölkəmizdə səfərdə olub, Azərbaycan-İran işgüzar görüşü keçirilib.

1news.az-a nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 29-da isə İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın "Darou pakhsh" şirkətinin nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanda dərman vasitələrinin istehsalının təşkili sahəsində əməkdaşlıq, İran tərəfinin ölkəmizdə əczaçılıq məhsulları istehsalı müəssisəsinin təşkilinə dair bir müddət əvvəl Azərbaycan tərəfinə təqdim etdiyi təkliflər, həmçinin bu sahədə birgə müəssisənin yaradılması müzakirə edilib.

Görüşdən sonra İran şirkətinin nümayəndələri əczaçılıq məhsulları istehsalı müəssisəsi üçün təklif edilən Sumqayıt Kimya Sənaye Parkında olub, investorlar üçün yaradılan imkanlarla tanış olub.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər