Janna Darkın gümüş üzüyü 420 min dollara satılıb | 1news.az | Xəbərlər
Dünya

Janna Darkın gümüş üzüyü 420 min dollara satılıb

09:10 - 29 / 02 / 2016
Janna Darkın gümüş üzüyü 420 min dollara satılıb

Fransanın milli qəhrəmanı Janna Darkın gümüş üzüyü Londonda keçirilən “TimeLine Auctions” hərracında rekord qiymətə – 297,6 min funt sterlinqə (420 min dollar) satılıb. Bu barədə hərracı təşkil edən kompaniyanın baş meneceri Kris Ren məlumat verib.

1news.az-ın Vesti.ru saytına istinadla xəbər verir ki, həm telefon və internet, həm də birbaşa hərrac zalında onlarla kolleksiyaçı tarixi hadisələr nəticəsində ingilis kralı VII Henrixin (1457-1509) əlinə keçən və satış tavanı 21 min dollar məbləğində qiymətləndirilən XV əsrin zinət əşyasına sahib olmaq uğrunda mübarizə aparıb.

Son mərhələdə iki kolleksiyaçının bəhsləşməsi nəticəsində təklif olunan məbləğlər lotun real qiymətini on dəfələrlə üstələyib.

Xatırladaq ki, Yüzillik müharibədə fransız qoşunlarının birinə başçılıq edən Janna Dark burqundiyalılara əsir düşüb və sonradan ingilislərə təhvil verilib. Cadugərlikdə ittiham edilən qadın sərkərdə 1431-ci ildə tonqalda yandırılıb. Sonradan isə reabilitasiya olunaraq müqəddəslər sırasına salınıb.

1news.az

Paylaş:
779

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıbBu gün, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTOBu gün, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş veribBu gün, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilibBu gün, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdürBu gün, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıbBu gün, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıbBu gün, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadırBu gün, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEOBu gün, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edibBu gün, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAMBu gün, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTOBu gün, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıbBu gün, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıbBu gün, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötürBu gün, 10:29
Bütün xəbərlər