Lavrov və Kerri arasında telefon danışığı olub | 1news.az | Xəbərlər
Dünya

Lavrov və Kerri arasında telefon danışığı olub

10:54 - 29 / 02 / 2016
Lavrov və Kerri arasında telefon danışığı olub

Rusiya xaricİ işlər naziri Serqey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub.

1news.az “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin “Facebook” səhifəsində deyilir.

Telefon danışığı zamanı tərəflər Suriyada atəşkəs rejiminə əməl edilməsi ilə bağlı fikir mübadiləsi aparılıblar. “Tərəflər Suriya torpaqlarında hərbi əməliyyatların dayandırılması ilə bağlı  fikir mübadiləsi aparıb və Beynəlxalq  Suriyaya Dəstək Qrupunun həmsədrləri olaraq sıx hərbi koordinasiyasınn vacibliyini təsdiqləyiblər”, - deyə məlumatda qeyd edilir.

1news.az

Paylaş:
706

Son xəbərlər

Bütün xəbərlər