Bakı şəhər Yol Polis İdarəsi: “Pəncərədən maşına daxil olan polis xəstəxanadadır”-VİDEO-YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı şəhər Yol Polis İdarəsi: “Pəncərədən maşına daxil olan polis xəstəxanadadır”-VİDEO-YENİLƏNİB

12:34 - 29 / 02 / 2016
Bakı  şəhər Yol Polis İdarəsi: “Pəncərədən maşına daxil olan polis xəstəxanadadır”-VİDEO-YENİLƏNİB

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Xətayi rayonunda qadın sürücü və polis əməkdaşı arasında baş verən insidentlə əlaqədar operativ araşdırma aparıb.

1news.az-a  Bakı Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri polis polkovniki Vaqif Əsədovun verdiyi məlumata görə, adı çəkilməyən qadın sürücü yol hərəkəti qaydalarını kobud surətdə pozub.

“Bunu görən Yoll Polisi ondan dayanmağı tələb etsə də, qadın polisin qanuni tələbinə məhəl qoymayıb. O zaman avtomobil məcburi olaraq saxlanılıb. Lakin sürücü avtomobili blok edib və sənədləri təqdim etməyib.

Daha sonra avtomobildən düşən qadın polisə müqavimət göstərib. Polis əməkdaşının üzünü yaraladığına görə o, hazırda xəstəxanadadır. İşlə bağlı materiallar məhkəməyə göndərilib və qadın sürücü 200 manat məbləğində cərimə olunub. Onların digər davranışlarına da hüquqi qiymət verilir”,- V.Əsədov bildirib.

Onun səzlərinə görə hadisənin baş vermə səbəbi qadın sürücünün qanuna zidd davranışları və polis əməkdaşının qanuni tələblərini yerinə yetirməməsi olub.

1news.az

11:53

Bakıda Yol Polisi inspektoru ilə qadın sürücü arasında növbəti insident baş verib.

1news.az xəbər verir ki, Xətayi rayonundakı S.Vəzirov küçəsində Dövlət Yol Polisi Patrulu (BMW, 99-YP-497) qayda pozuntusuna görə KIA Picanto (99-FH-475) avtomobilinin sürücüsü olan qadını saxlayıb.

Polis qadını sərxoş olduğundan şübhələnərək ondan alkotest keçməsini tələb edib, lakin sürücü razılaşmayıb. Bundan əlavə qadın maşını evakuasiya etmək istədikdə polisə müqavimət göstərib.     

Polis isə buna cavab olaraq qadını yerə itələyib və sürücü tərəfindən bloka salınan maşının pəncərəsindən işəri daxil olub. Bu konflikti  kənardan izləyən digər polis əməkdaşı və ətrafdakı insanlar hadisəyə müdaxilə etməyib.

Videonu şərh edərkən Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən bizə bildirilib ki, faktla bağlı araşdırma aparılır. Sonda baş verənlərə hüquqi qiymət veriləcək və günahkarlar həbs olunacaqlar.

Xatərladaq ki, bu günlərdə Bakıda digər insident zamanı qadın sürücü maşını ilə birlikdə evakuasiya olunub.

1news.az

Video – Аvtosfer.az

Paylaş:
1446

Son xəbərlər

Murad İsmiyevin növbəti uğuru - FOTO19 / 09 / 2024, 19:12Nəsimidə qəzaya görə yola qoyulan məhdudiyyət aradan qaldırılıb - FOTO - YENİLƏNİB19 / 09 / 2024, 18:27Azərbaycan komandası “Teknofest”də yarışın qalibi olub19 / 09 / 2024, 17:47Silk Way West Airlines Qlobal Hava Yükdaşıma Partnyoru kimi COP29-a qoşuldu19 / 09 / 2024, 17:45İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib - YENİLƏNİB19 / 09 / 2024, 17:43Azərbaycanda ötən il ilk dəfə nikaha daxil olanların yaş qrupları açıqlanıb19 / 09 / 2024, 17:35Paytaxtın daha bir küçəsində hərəkət qismən məhdudlaşdırılacaq19 / 09 / 2024, 17:23Suraxanıda saxta yuyucu vasitələr istehsal edən sex aşkarlandı19 / 09 / 2024, 17:10“Neftçi” böhran içində: Kimdir müqəssir, yaxud çıxış yolu nədədir?19 / 09 / 2024, 17:08Muxtar Babayev BMT nümayəndəsi ilə COP29-la bağlı hazırlıq tədbirlərini müzakirə edib19 / 09 / 2024, 17:05Prezident Şuşada Bayraq Meydanının açılışında iştirak edib19 / 09 / 2024, 16:59“Neftçi” Qara Qarayevlə müqaviləyə xitam verib19 / 09 / 2024, 16:46ADY və “TCDD Taşımacılık” Orta Dəhlizlə yükdaşımakların artırılmasını müzakirə edib19 / 09 / 2024, 16:44Dövlət başçısı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib19 / 09 / 2024, 16:31Prezident Xankəndi şəhərinin Zəfər meydanında Konqres Mərkəzinin tikintisi ilə tanış olub19 / 09 / 2024, 16:19Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub19 / 09 / 2024, 16:17İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub19 / 09 / 2024, 16:16“Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” mövzusunda seminar keçirilirib19 / 09 / 2024, 16:15Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib19 / 09 / 2024, 15:59İqlim qəhrəmanları - FOTO19 / 09 / 2024, 15:56
Bütün xəbərlər