Konstitusiya Məhkəməsi müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qərardad qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Konstitusiya Məhkəməsi müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qərardad qəbul edib

11:59 - 29 / 02 / 2016
Konstitusiya Məhkəməsi müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qərardad qəbul edib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası 2016-cı il fevralın 17-də Xətai Rayon Məhkəməsinin müraciətinə dair Qərardad qəbul edərək, Əmək Məcəlləsinin 70 “ç”, 72-ci və 79-cu maddələrində təsbit edilmiş normalar arasında güman edilən ziddiyyətlərə aydınlıq gətirib.

Qərardadda qeyd edilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

1news.az-ın verdiyi xəbərə görə, Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən daxil olmuş məlumatda bildirilir ki, Əmək Məcəlləsinin 72-ci maddəsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzərdə tutur.

Həmin maddənin “ç” bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Həmin maddənin 1-ci hissəsinə görə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərə qarşı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir.

Həmçinin Konstitusiya Məhkəməsinin Palatası Qərardadda göstərib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqın, hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiya Məhkəməsinin Palatası göstərilənlərə əsasən belə nəticəyə gəlib ki, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təfsir edilə bilməz. Belə ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib.

Konstitusiya Məhkəməsinin Palatası qərara alıb ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və dövlət tərəfindən təmin edilən sosial yönümlü dəyərləri nəzərə almaqla müvafiq nəticə müəyyən edilə bilərlər. Konstitusiya Məhkəməsi Palatasının Qərardadında əks olunan hüquqi mövqe analoji işlərin həllində digərsahələrinin mülkiyyətçiləri ilə ümumi əmlakın saxlanmasına dair xidmətləri həyata keçirən idarəedici təşkilatlar arasında müqavilə bağlanarkən bu Qərarda formalaşdırdığı hüquqi mövqeləri nəzərə alınmalıdır.

Konstitusiya Məhkəməsinin bu hüquqi mövqeyi Konstitusiyanın normalarına və Azərbaycan Respublikasının qanunlarına əsaslanır.

1news.az

Paylaş:
830

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər