DİN Bakıda iki qardaşın avtobusla vurulması hadisəsi ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi Bakıda avtobusla iki qardaşın vurulması faktı ilə bağlı məlumat yayıb.
1news.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, fevralın 29-da saat 08:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Bəxtiyar Zodanov 172 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu yolun kənarındakı ağaca vurub.
Sürücü idarəetməni itirdiyindən avtobus daha sonra yaxınlıqda dayanmış qəsəbə sakinləri Ələm Cəfərzadəyə və qardaşı Nicata dəyib. Nəticədə Ə.Cəfərzadə hadisə yerində ölüb, Nicata və B.Zodanovun 1 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1news.az
477