Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

20:18 - 01 / 03 / 2016
Bakıda içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə 1news.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat veriblər.

Məlumata görə, Bakı şəhəri Nizami rayonu ərazisində magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 2 mart  tarixində  saat 00:00-dan Nizami rayonu Ə.Vəliyev, İ.Müzəffəroğlu, Özbəkistan, A.Manafov, Ə.Hacıyev, K.Balakişiyev, T.Abbasov, R.Teymurov, M.Şərifli küçələrinə, eləcə də Q.Qarayev və Babək prospektlərinin, Məhsəti, C.Naxçıvanski, B.Çobanzadə, B.Nuriyev, E.Rüstəmov, E.Süleymanov küçələrinin bir hissəsinə 24 saat müddətinə  içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

 

Paylaş:
719

Son xəbərlər

Bütün xəbərlər