Elmir Vəlizadə: “Respublika əhalisinin 76 faizi internetdən istifadə edir” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Elmir Vəlizadə: “Respublika əhalisinin 76 faizi internetdən istifadə edir”

11:57 - 01 / 03 / 2016
Elmir Vəlizadə: “Respublika əhalisinin 76 faizi internetdən istifadə edir”

“Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır”.

1news.az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Elmir Vəlizadə “Azərbaycanda ifadə azadlığı və Mediya” mövzusunda Aİ və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində “İnternet və insan haqları” konfransında bildirib.

Onun sözlərinə görə dövlət internet texnologiyalarının inkişafına xüsusi diqqət göstərir və bu prioritet sahə hesab olunur.

“Hal-hazırda ölkə əhalisinin 76 faizi internetdən istifadə edir və bunlardan 65 faizi geniş zolaqlı istifadəçiləridir”,- deyən nazir bildirib ki, respublikanın istənilən yerindən internetə qoşulmaq mümkündür.

E.Vəlizadə qeyd edib ki, ölkədə onlayn KİV-lərin məşhurluğu hər il daha da artır.

“Elə KİV-lər var ki, yalnız internet vasitəsilə fəaliyyət göstərir”, - o, deyib.

 “İKT sahəsində fəaliyyət davam edəcək.

Prezident administrasiyasının nümayəndəsi Vüqar Səlimov qeyd edib ki, dövlətin əsas məqsədlərindən biri internetin inkişafı ilə yanaşı onun üzündə daşıdığı bəzi neqativ halların da qarşısını almaqdır.

“Bu gün insanın internetə çıxmaq imkanı onun hüquqlarının ayrılmaz hissəsidir və bu məsələ beynəlxalq sənədlərdə öz əksini tapıb”,- Vüqar Səlimov bildirib.

Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin sədr müavini Teymur Malik Aslanov bildirib ki, Avropa Şurası internet azadlığının inkişafını dəstəkləyir və ondan istifadə standartlarını müəyyən edib.

Konfransın əsas məqsədi əhalini internet və insan hüquqları ilə bağlı Avropa Şurasının standartları ilə tanış etmək, internet infrastrukturunu inkişafı və onlayn jurnalistikanın inkişafıdır.

Azərbaycan internet forumunun prezidenti Osman Gündüz öz növbəsində qeyd edir ki, Azərbaycanda internet gəncdir, onun 25 ildir  fəaliyyəti var. “Bu az müddətdə, lakin buna baxmayaraq ölkə bir çox uğurlar qazanıb: internetə giriş imkanı artırılıb, texnologiyalar modernləşdirilib, infrastruktur yaxşılaşıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, Avropa Şurası 2005-ci ildə Azərbaycanda internet haqqında qanunun qəbulunda mümhüm rol oynayıb. Onun sözlərinə görə, bu qanun Azərbaycanda internet sferasının inkişafında mühüm rol oynayıb.

Hər gün internet ölkəmizdə daha çox sferanı əhatə edir. O.Gündüz bildirib ki, son illər daha çox təhsil və tibb sahəsi daha çox elektron formata keçir.

Qeyd edək ki, konfrans Azərbaycan Rabitə yə Yüksək Texnologiyalar Nazirliyinin mətbuat və internet-forumu şurasının  əməkdaşlığı ilə keçirilir.

1news.az

  

Paylaş:
1213

Son xəbərlər

FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05
Bütün xəbərlər