Azərbaycan Dəmir yolu və dəniz qurumları rəhbərlərinin tranzit sahəsində inkişafla bağlı çoxtərəfli görüşünə qatılıb-FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Dəmir yolu və dəniz qurumları rəhbərlərinin tranzit sahəsində inkişafla bağlı çoxtərəfli görüşünə qatılıb-FOTO

12:21 - 01 / 03 / 2016
Azərbaycan Dəmir yolu və dəniz qurumları rəhbərlərinin tranzit sahəsində inkişafla bağlı çoxtərəfli görüşünə qatılıb-FOTO

Beş ölkənin dəmir yolu və dəniz qurumlarının rəhbərləri tranzit sahəsində inkişafla bağlı müzakirələr aparıblar.

1news.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, tranzit sahəsindəki inkişaf Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü zamanı nəzərdən keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi görüşdə “Şərq-Qərb” multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi, marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə edilib.

Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov ilə Türkmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran İslam Respublikasının Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçilib.

Nümayəndə heyətləri, həmçinin Türkmənbaşı limanına baxış keçiriblər. Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.

1news.az

 

Paylaş:
649

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər