Ötən ay pərakəndə ticarət dövriyyəsinin həcmi 4,3% artıb
2016-cı ilin yanvarında pərakəndə ticarət dövriyyəsinin həcmi 2015-ci ilin eyni ayı ilə müqayisədə 4,3 faiz artaraq 2,2 milyard manat olub.
Dövlət Statistika Komitəsindən 1news.az-a bildirilib ki, istehlak məhsullarının 99,9 faizi qeyri-dövlət təsərrüfat subyektləri tərəfindən, o cümlədən 12,0 faizi hüquqi şəxs statuslu müəssisələr tərəfindən satılıb.
Qeyri-dövlət sektoru üzə pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayının səviyyəsini 4,4 faiz üstələyərək 2 milyard 240,2 milyon manat təşkil edib.
1news.az
967