Avstraliyada kimyəvi maddənin sızması nəticəsində 30 nəfər xəstəxanaya yerləşdirilib
Avstraliyanın Viktoriya ştatında BP şirkətinə məxsus yanacaqdoldurma məntəqəsində kimyəvi maddənin sızması nəticəsində azı 30 nəfər xəstəxanaya yerləşdirilib.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə ABC televiziya şirkəti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, avtosisterndən boyaq üçün qarışdırıcıya bənzəyən butilakrilat maddəsinin 100 litri axıb. Kimyəvi maddənin buxarından xəsarət alanlar Cilonq şəhər xəstəxanasına yerləşdiriliblər.
Yanğınsöndürmə xidmətinin nümayəndəsinin sözlərini sitat gətirən qəzet yazır:
“Biz avtosisterndən sızan mayeni xüsusi qaba yığa bildik və onun torpağa sovrulmasına imkan vermədik. Hazırda həmin mayeni boşaltmaq üçün başqa sisternin yaxınlaşmasını gözləyirik”.
Butilakrilat tezalışan maddə olduğuna görə hadisə yeri polis tərəfindən əhatəyə alınıb.
1news.az