Dmitri Peskov: “Kremldə maaşlar 10% azaldılıb” | 1news.az | Xəbərlər
Dünya

Dmitri Peskov: “Kremldə maaşlar 10% azaldılıb”

15:41 - 02 / 03 / 2016
Dmitri Peskov: “Kremldə maaşlar 10% azaldılıb”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Kremldə işləyən məmurların maaşlarında yeni ixtisarların aparılmasından xəbərdar olmadığını deyib.

1news.az-ın “РИА Новости”-yə istinadla verdiyi xəbərə görə, bunu D.Peskov jurnalistlərin rusiyalı məmurların maaşlarında ixtisarların gözlənilib-gözlənilməməsi ilə bağlı suallarına cavabında bildirib.

Bununla yanaşı, o deyib ki, bu il məmurların maaşlarında əhəmiyyətli dərəcədə ixtisar olub.

“Maaşlar 10%-dən çox azalıb. Prezident Administrasiyasına gəldikdə, öz adımdan deyə bilərəm ki, mənim maaşım 10%-dən çox azalıb”, - deyə D.Peskov qeyd edib.

1news.az

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər