Bu günlərdə Moskvaya yağan qar 1966-cı il rekordunu yenilədi
Rusiya Hidrometeorologiya Mərkəzindən bildirilib ki, dünəndən yağan qar nəticəsində Moskvaya düşən ümumi yağıntı həcmi 1966-cı il rekordunu yeniləyib.
1news.az xəbər verir ki, bu haqda “İnterfaks” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, gecə ərzində aylıq yağıntı normasının 70 faizdən artıq hissəsi yağıb və şəhərdə qar örtüyünün hündürlüyü 50 sm-ə çatıb.
Məlumatda bildirlir ki, güclü qar nəticəsində Moskva yollarında yaranan tıxaclar 9 bala çatıb.
Bundan əlavə Moskva hava limanlarında hava şəraiti ilə əlaqədar olaraq 100-dən çox reys ləğv olunub.
Gazeta.ru
554