Azərbaycanda yeni etalon laboratoriyaları yaradılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yeni etalon laboratoriyaları yaradılacaq

14:30 - 03 / 03 / 2016
Azərbaycanda yeni etalon laboratoriyaları yaradılacaq

Azərbaycanda yeni etalon laboratoriyalarının yaradılması planlaşdırılır.

1news.az-ın məlumatına görə, bunu Bakıda “Azərbaycanda metrologiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının Tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov deyib.

Komitə sədrinin sözlərinə görə, Azərbaycanda ölçmələrin vəhdətini və dövlət etalonlarından ötürülməsini təmin etmək məqsədilə milli etalon bazasının təkmilləşdirilməsi üzrə işlər davam etdirilir. Komitənin Milli Etalon Mərkəzində kütlə, təzyiq, sıxlıq və özlülük, temperatur, elektrik, vaxt və tezlik, dozimetriya dövlət etalonları saxlanılır və adıçəkilən sahələr üzrə ölçmələr digər ölçmə vasitələrinə ötürülür.

Hazırda qaz qarışıqlarının hazırlanması, qaz analizi, nəmlik, müqavimət, elektrik tutumu, həcm, yüksək gərginlik, optika, akustika və titrəmə, dalğa uzunluğu və s. etalon laboratoriyalarının yaradılması planlaşdırılıb.

1news.az

Paylaş:
1018

Son xəbərlər

Bütün xəbərlər