İstanbulda polis şöbəsinə hücum edən terrorçu qadınlar zərərsizləşdirilib - FOTO
İstanbulun Bayrampaşa məhəlləsində polis şöbəsinə hücum edən terrorçu qadınlar öldürülüb.
1news.az-ın Anadolu agentliyinə istinadla xəbər verir ki, polis avtobusuna qumbara atan və atəş açan iki qadın terrorçu hadisə yerindən qaçaraq yaxınlıqdakı binada gizləniblər.
Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində hər iki terrorçu zərərsizləşdirilib. İstanbul valisi Vasip Şahinin verdiyi məlumata görə, terror hücumunda iki polis əməkdaşı yüngül yaralanıb.
Terrorçuların şəxsiyyətinin müəyyənləşdirildiyi barədə də məlumat yayılıb. Onların DHKP/C terror təşkilatının üzvləri Çiğdem Yakşi və Berna Yılmaz olduğu bildirilir.
1news.az
815