Formula-1 yarışına görə Bakının daha iki mərkəzi küçəsi bağlanır – XƏRİTƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Formula-1 yarışına görə Bakının daha iki mərkəzi küçəsi bağlanır – XƏRİTƏ

17:15 - 03 / 03 / 2016
Formula-1 yarışına görə Bakının daha iki mərkəzi küçəsi bağlanır – XƏRİTƏ

Bakıda keçiriləcək Formula-1 yarışına hazırlıqla əlaqədar Bakının daha iki mərkəzi küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat veriblər.

 

Məlumata görə, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula-1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

 

Mövcud olan daş örtüyünün üzərinə qoruyucu və müvəqqəti asfalt qatının salınması ilə əlaqədar olaraq, 3-4 mart tarixlərində Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Qoşa Qala Qapıları isə həmin günlərdə avtomobillərin hərəkəti üçün açıq olacaq.

 

Martın 5-də Əziz Əliyev küçəsi də daxil olmaqla bu küçədən başlayaraq İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsinədək olan hissədə nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Həmin gün Qoşa Qala Qapıları da avtomobillərin hərəkəti üçün bağlı olacaq. Hər iki küçə martın 6-sı səhər saatlarından etibarən avtomobillərin hərəkətinə açıq olacaq.

 

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula-1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

 

1news.az

Paylaş:
708

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər