Aşıqlar Birliyinə yeni sədr seçildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Aşıqlar Birliyinə yeni sədr seçildi

17:44 - 03 / 03 / 2016
Aşıqlar Birliyinə yeni sədr seçildi

Bu gün Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin növbədənkənar iclası keçirilib.

1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, xalq şairi Zəlimxan Yaqubun vəfatından sonra ilk dəfə toplanan idarə heyətinin iclasını professor Qəzənfər Paşayev açıb.

Azərbaycan Aşıqlar Birliyinin sədri Z.Yaqubun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra gündəlikdə duran əsas məsələyə - Azərbaycan Aşıqlar Birliyin yeni sədrinin seçilməsi məsələsinə baxılıb.

Ustad aşıq, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Ədalət Nəsibov çıxış edərək bu vəzifəyə Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının namizədliyini irəli sürüb. Ustad aşıqlardan İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Ulduz Quliyeva, Ağamurad Şirvanlı, Gülarə Azaflı və digərləri də bu təklifi dəstəkləyiblər. Təklif səsə qoyulub və yekdilliklə qəbul olunub.

Sonra Məhərrəm Qasımlı yeni vəzifədə görəcəyi işlərdən, qarşıda duran vəzifələrdən danışıb, yeni təyinatlar haqda məlumat verib. İclasın qərarıyla Məhəmmədəli Məşədiyev yaradıcılıq məsələləri üzrə, Sənubər Bağırova beynəlxalq məsələlər üzrə, Musa Nəbioğlu mətbuat, informasiya və nəşriyyat məsələri üzrə, Ağamurad Şirvanlı regionlarla iş üzrə, Altay Məmmədli təşkilat və gənclərlə iş üzrə katiblər, professor Qəzənfər Paşayev Ağsaqqallar şurasının sədri, Elxan Məmmədli elmi işlər, Gülarə Azaflı isə qadın aşıqlarla iş üzrə sədrin müşavirləri, Abbas Musaxanoğlu və Nemət Qasımlı bədii şuranın həmsədrləri vəzifələrinə təsdiq olunublar.

1news.az

Paylaş:
750

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər