Avropa Komissiyası TAP-ın tikintisi barədə sazişi təsdiqləyib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Avropa Komissiyası TAP-ın tikintisi barədə sazişi təsdiqləyib

19:29 - 03 / 03 / 2016
Avropa Komissiyası TAP-ın tikintisi barədə sazişi təsdiqləyib

Maroş Şevçoviç: “TAP üzrə sazişin təsdiqlənməsi Aİ-nin enerji təhlükəsizliyi baxımından aparıcı layihə olan “Cənub qaz dəhlizi”nin həyata keçirilməsi yolunda vacib addımdır”

1news.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu gün Avropa Komissiyası Transadriatik qaz boru kəmərinin (TAP) tikintisi haqqında Yunanıstan hökuməti ilə “Trans Adriatic Pipeline AG” şirkəti arasında imzalanmış sazişi Avropa İttifaqı qanunvericiliyinə uyğun sayaraq təsdiqləyib.

Qərarda bildirilir ki, tikintini özəl investorlar maliyyələşdirəcək və sazişdə nəzərdə tutulan xüsusi vergi rejimi Aİ qaz bazarında rəqabətə neqativ təsir göstərməyəcək, yeni qaz nəqli marşrutunun ortaya çıxması isə rəqabəti artıracaq. Aİ TAP vasitəsilə qaz nəqlinin 2020-ci ildə başlayacağına və həmin ildən etibarən Aralıq dənizinin dibi ilə ildə 10 milyard kubmetrə yaxın qaz nəql olunacağına ümid edir ki, bu da İtaliyanın istehlakının 17%-nə yaxınını təmin edəcək və Avropanın cənubunun indiki təchizatçılardan asılılığını azaldacaq.

 “Bu gün TAP üzrə sazişin təsdiqlənməsi Aİ-nin enerji təhlükəsizliyi baxımından aparıcı layihə olan “Cənub qaz dəhlizi” layihəsinin həyata keçirilməsi yolunda vacib addımdır və Avropa üçün yeni qaz mənbələri açır”, - deyə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç bildirib.  

 Qeyd edək ki, TAP layihəsi İsveçrədə yaradılmış “Trans Adriatic Pipeline AG” şirkəti tərəfindən həyata keçiriləcək. Bu şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR (20%), BP (20%), İtaliyanın “Snam” (20%), Belçikanın “Fluxys” (19%) İspaniyanın “Enagas” (16%) və İsveçrənin “Axpo” (5%) şirkətləridir. 

 TAP Cənubi Qafqaz və Trans-Anadolu (TANAP) qaz kəmərlərinin davamı olaraq bir yerdə “Cənub qaz dəhlizi”ni təşkil edəcək. Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq təbii qaz bu dəhlizlə Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçməklə Avropanın cənubuna çatdırılacaq. Nəqlin başlanması Avropanın cənubunun “Qazprom”dan asılılığını azaltmağa xidmət edəcək. Belə ki, 2015-ci ilin yekunlarına əsasən İtaliya Almaniya və Türkiyədən sonra “Qazprom”un üçüncü önəmli müştərisi olub. İtaliyanın “Qazprom”dan aldığı qazın həcmi 24,42 milyard kubmetr təşkil edib. 

Xatırladaq ki, ötən ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Əhməd Davudoğlu TANAP kəmərinin tikintisinin sürətləndirilməsi barədə razılığa gəliblər. Bu kəmərlə 16 milyard kubmetr qaz nəql olunacaq ki, həmin həcmin 6 milyardını Türkiyə götürəcək.

1news.az

Paylaş:
1025

Son xəbərlər

Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51
Bütün xəbərlər