Fransada azərbaycanlı pianoçunun adına müsabiqə keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Fransada azərbaycanlı pianoçunun adına müsabiqə keçiriləcək

19:36 - 03 / 03 / 2016
Fransada azərbaycanlı pianoçunun adına müsabiqə keçiriləcək

7-12  mart tarixlərində Fransanın Annemas şəhərində pianoçuların Fransada yaşayan həmyerlimiz Adilə Əliyevanın adına 10-cu Beynəlxalq müsabiqəsi keçiriləcək.

1news.az-ın məlumatına görə, A.Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş  münsiflər heyətində bəstəkar Rodion Şedrin, “Dofine Libero” qəzetinin baş redaktoru Katrin Ponse, Tokio və Fransanın milli simfonik orkestrının baş direjoru Şarl Dyuta, Finlandiya musiqiçisi və tənqidçisi Vesa Siren, “Deutsche Gramophone” səsyazma studiyasının direktoru  Mixayel Fan, ABŞ-dan olan musiqiçi və tənqidçi Donald Vron və Polşa milli simfonik radio orkestrının baş direktoru Joanna Vnuk Nazarava yer alır. Müsabiqənin fəxri prezidenti fransalı bəstəkar və dirijor Loran Petijirardır.

Müsabiqənin qalibi üçün 15 min avro məbləğində pul mükafatı nəzərdə tutulur. Bundan əlavə, müsabiqədə ilk yerləri tutanlara müsabiqə zamanı çəkilmiş kadrların yer aldığı film hədiyyə olunacaq və Parisdəki “Ecole Normale de musique Alfred Cortot”da pulsuz təhsil almaq üçün təqaüd ayrılacaq.

Qeyd edək ki, hər iki ildən  bir adına müsabiqə keçirilən Azərbaycanın Əməkdar Artisti A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. 25 ilə yaxındır ki, Fransada yaşayan A.Əliyeva, 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib.

1news.az

 

Paylaş:
1317

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər