Azərbaycanda cinayət törədən 63 nəfər tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda cinayət törədən 63 nəfər tutulub

19:43 - 03 / 03 / 2016
Azərbaycanda cinayət törədən 63 nəfər tutulub

Respublikanın daxili işlər orqanları tərəfindən martın 2-də 111 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onların da 32-si “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 40 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 63 nəfər tutulub.

1news.az

 

Paylaş:
619

Son xəbərlər

Bütün xəbərlər