"Fitch" agentliyi "Azərenerji"nin kredit reytinqini "neqativ" olaraq müəyyənləşdirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Fitch" agentliyi "Azərenerji"nin kredit reytinqini "neqativ" olaraq müəyyənləşdirilib

11:38 - 03 / 03 / 2016
"Fitch" agentliyi "Azərenerji"nin kredit reytinqini "neqativ" olaraq müəyyənləşdirilib

"Fitch" beynəlxalq reytinq agentliyi "Azərenerji" ASC-nin uzunmüddətli emitentin defolt reytinqini (İDR) "BBB-"dan "BB+"a, qısamüddətli İDR-i isə "B"dən "F3"ə salıb.

1news.az xəbər verir ki, Agentlik "Azərenerji"nin reytinqi və proqnozunun aşağı salınmasını Azərbaycanın suveren reytinqinin azaldılması ilə izah edib. Qeyd edək ki, bu ilin fevralında Agentlik Azərbaycanın suveren reytinqini uzunmüddətli yerli və xarici valyutada "BBB-"dan "BB+"a salıb.

Şirkətin kredit reytinqi üzrə proqnozu isə "neqativ" olaraq müəyyənləşdirilib.

"Fitch" şirkətin kredit reytinqini Azərbaycan hökuməti ilə hüquqi, strateji və əməliyyat əlaqələri ilə uyğunlaşdırdığını, 2015-ci ilin sonuna şirkətin bütün borclarına dövlət tərəfindən zəmanət verildiyini bildirib.

Agentlik "Azərenerji"nin dövlət tərəfindən zəmanət verilən borclarının 2016-2018-ci illərdə dəyişməyəcəyini, özəlləşdirmə proqnozlaşdırılmadığından şirkətlə dövlət arasında yaxın gələcəkdə heç bir hüquqi əlaqələrin dəyişməyəcəyini qeyd edib. Dövlət 2009-2015-ci illərdə şirkətin kapital qoyuluşlarının 35%-ni (930 mln. manat) maliyyələşdirib. "Fitch" "Azərenerji"nin 2016-2019-cu illərdə investisiya ehtiyacları üçün daha 3,7 mlrd. manat vəsait alacağını ehtimal edir.

Agentlik 2015-ci ilin dekabrında baş verən manatın devalvasiyasından sonra "Azərenerji" ASC-nin kredit profilinin zəiflədiyini bildirib. Belə ki, şirkətin valyutada olan borcları ilə milli valyutada olan gəlirləri arasında uyğunsuzluq yaranıb. Həmçinin, valyuta risklərinin hedc etmək imkanlarının da məhdud olduğu vurğulanır. Belə ki, 2015-ci ilin sonuna şirkətin demək olar ki, bütün borcları xarici valyuta - dollar, avro və yapon yenində ifadə olunub. Agentlik "Azərenerji"nin leverec əmsalının 2014-cü ildəki 7,5 dəfədən 2016-2018-ci illər arasında 20 dəfəyədək artacağını proqnozlaşdırır.

"Fitch" həmçinin bildirib ki, "Azərenerji" ASC-nin maliyyə göstəricilərinin pozulması, onun borclarını ödəməkdə çətinlik çəkməsinə gətirib çıxaracaq. Belə ki, hazırda şirkətin Asiya İnkişaf Bankı (ADB) ilə kredit müqaviləsində kreditin ödəmə əmsalının pozulmasına dair görüşlər apardığı məlum olub. Burada əmsal nağd əməliyyat gəlirlərinin borc ödənişinə nisbəti kimi hesablanır və kredit müqaviləsində bunun 1,5-dən yüksək olması qərarlaşdırılıb. Lakin faktiki olaraq əmsal 1,5-dən aşağı düşüb.

Agentlik həmçinin "Azərnerji" ASC-nin elektrik enerjisi istehsalı və təchizatı seqmentində təbii inhisarçı olduğunu qeyd edərək, Azərbaycan iqtisadiyyatı üçün önəmini vurğulayır, lakin şirkətin ÜDM-də payının çox az olduğunu bildirib.

1news.az

Paylaş:
540

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər