Elmira Süleymanova BMT-nin nümayəndəsini qəbul edib | 1news.az | Xəbərlər
Siyasət

Elmira Süleymanova BMT-nin nümayəndəsini qəbul edib

12:04 - 03 / 03 / 2016
Elmira Süleymanova BMT-nin nümayəndəsini qəbul edib

Ombudsman Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib.

1news.az-a Ombudsman Aparatının mətbuat xidmətindən verilən xəbərə görə, E.Süleymanova bildirib ki, Ombudsman təsisatı BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları ilə əməkdaşlıq əlaqələrini qarşılıqlı anlaşma şəraitində davam etdirir.

Ombudsman 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini qonağın diqqətinə çatdırıb.

V.Şkolnikov isə Ombudsman təsisatı ilə əməkdaşlıq əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu qeyd edib.

1news.az

Paylaş:
766

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər