Bakıda məşhur mağazadan 12 min manatlıq ətir oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda məşhur mağazadan 12 min manatlıq ətir oğurlanıb

12:14 - 03 / 03 / 2016
Bakıda məşhur mağazadan 12 min manatlıq ətir oğurlanıb

Paytaxtın tanınmış ətir mağazalarından birindən 12 min manatlıq ətir oğurlanıb.

1news.az-ın məlumatına görə,  bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat verilib.

Məlumata görə, martın 2-də Nəsimi rayonu ərazisindəki "Emporium" mağazasının anbarından 12 000 manat dəyərində ətir oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qazax rayon sakini Vaqif Cəfərli, Bakı şəhər sakini İlkin Əsgərov və Göyçay rayon sakini Ruslan Mahmudlu tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1news.az

Paylaş:
596

Son xəbərlər

Bütün xəbərlər