Zaqatalada qadağan olunmuş dini təriqəti təbliğ edən qardaşlar polisə müqavimət göstəriblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada qadağan olunmuş dini təriqəti təbliğ edən qardaşlar polisə müqavimət göstəriblər

13:37 - 04 / 03 / 2016
Zaqatalada qadağan olunmuş dini təriqəti təbliğ edən qardaşlar polisə müqavimət göstəriblər

Polis Zaqatalada qadağan olunmuş dini təriqətlərdən birini təbliğ edən şəxsləri saxlayıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşları tərəfindən martın 3-də saat 22 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, qardaşı Sahibin, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülüb.

Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcək.

Rayon Polis Şöbəsinə gətirilərkən Ə.Hüseynov və qardaşı Sahib polis əməkdaşlarının tələblərinə tabe olmayıblar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.

1news.az

Paylaş:
769

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər