Azərbaycanda kazino yaradılması təklif olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda kazino yaradılması təklif olunur

14:43 - 04 / 03 / 2016
Azərbaycanda kazino yaradılması təklif olunur

Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanda kazinoların yaradılması təklif edilib.

1news.az-ın məlumatına görə. belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. O bildirib ki, bir çox ölkələr kazinolar vasitəsilə xarici turustləri cəlb edir. Azərbaycan da bu təcrübədən yararlanaraq turizm regionlarında kazinolar yaratmaqla ölkəyə xarici turistlər cəlb edə bilər: 

“Bir çox insanlar öz ölkələrində deyil, başqa ölkələrdə kazino oynamağa üstnülük verirlər. Bu baxımdan da Azərbaycanda kazinolar açmaqla əlavə gəlir əldə etmək olar”.

1news.az

 

Paylaş:
973

Son xəbərlər

Bütün xəbərlər