Qəbələdə “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib - FOTO

14:50 - 04 / 03 / 2016
Qəbələdə “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib - FOTO

Bu gün Qəbələ şəhərində “Multikulturalizmin Azərbaycan modeli: dünyanın mükəmməl nümunəsi” mövzusunda konfrans keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Azərbaycan Ağsaqqallar Şurasının, “Azərbaycan” qəzetinin və Qəbələ rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlar Qəbələnin tarixindən bəhs edən kitabların sərgisinə, məktəblilərin əl işlərinə baxış keçiriblər.

Konfransdakı çıxışlarda Azərbaycanın dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi tanındığı vurğulanıb, bu dəyərlərin qorunub saxlanılmasının önəmi diqqətə çatdırılıb.

1news.az

 

Paylaş:
593

Son xəbərlər

Bütün xəbərlər