​ TAP-ın çəkilişi üçün tenderin qalibi elan edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

​ TAP-ın çəkilişi üçün tenderin qalibi elan edilib

17:14 - 04 / 03 / 2016
​ TAP-ın çəkilişi üçün tenderin qalibi elan edilib

Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə Albaniya və Yunanıstanın quru ərazisində (onshore) tikinti işlərinin aparılması ilə bağlı tenderin qalibi müəyyən edilib.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə "TAP AG"-dən məlumat verilib.

Məlumata görə, 5 lot üzrə keçirilən tenderin üç lotu Yunanıstan, iki lotu isə Albaniya ərazisini əhatə edir. TAP-ın hər iki ölkənin ərazisində mühəndislik, tədarük və tikinti (EPC) işlərinin görülməsini özündə cəmləşdirən bu tenderdə ümumilikdə 48 düyümlük (1,2 metr) borular 760 km ərazidə çəkilməlidir.

Tenderin iki lot üzrə qalibi İtaliyanın "Bonatti S.p.A." şirkəti ilə Yunanısytanın "J&P AVAX S.A." şirkətinin ortaq müəssisəsidir ki, bu müəssisə Şimali Yunanıstanda fəaliyyətini reallaşdıracaq. Ortaq şirkət ümumilikdə 360 km ərazidə EPC fəaliyyətini həyata keçirəcək ki, bu da Kavala ilə Albaniya sərhəddində yerləşən Yeropiqi (Ieropigi) arasındakı əraziləri əhatə edir.

Tenderin ikinci qalibi isə Fransanın "Spiecapag" şirkətidir və bu şirkət ümumilikdə 400 km ərazidə EPC ilə məşğul olacaq ki, onun da 185 km-i Yunanıstan, qalan 215 km-i isə Albaniya ərazisinə düşür.

Adıçəkilən şirkət Yunanıstan ərazisndə Kipoy və Kavala, Albaniya ərazisində isə Bilişt (Bilisht) və Topoe (Topoje) arasındakı ərazilərdə kəmərin çəkilişini həyata keçirəcək.

Müqavilənin şərtlərinə görə, podratçılar işlərə 2016-cı ilin II rübündə səfərbər olunacaq, TAP-ın layihəsinə görə isə kəmərin çəkilişinə bu ilin ortasında başlanacaq.

Qeyd edək ki, TAP-ın 5 səhmdarı var ki, onlardan SOCAR, BP, "Snam S.p.A"ın hər birinin 20%, "Fluxys"in 19%, "Enagas"ın 16% və "Axpo"nun 5% paya sahibdir.

Paylaş:
572

Son xəbərlər

Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24
Bütün xəbərlər