Kaxa Kaladze: “Artıq Gürcüstanın “Qazprom”dan əlavə həcmdə qaz almasına zərurət yoxdur” | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kaxa Kaladze: “Artıq Gürcüstanın “Qazprom”dan əlavə həcmdə qaz almasına zərurət yoxdur”

17:59 - 04 / 03 / 2016
Kaxa Kaladze: “Artıq Gürcüstanın “Qazprom”dan əlavə həcmdə qaz almasına zərurət yoxdur”

Gürcüstanın Rusiyanın “Qazprom” şirkətindən əlavə həcmdə təbii qaz almasına zərurət yoxdur.

1news.az Report-a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

O qeyd edib ki, “Qazprom” şirkəti ilə hələ danışıqlar başa çatmayıb və müqavilə imzalanmayıb:

“Biz bir neçə gün öncə onlara Gürcüstan tərəfinin son təklifini göndərdik. Bu təklifdə Gürcüstanın əvvəlki kimi tranzit haqqı olaraq 10% təbii qaz alması əksini tapıb. Hazırkı mərhələdə bizə əlavə həcmdə qaz lazım deyil. Gürcüstan önümüzdəki bir neçə ildə qazla təmin olunacaq”.

Qeyd edək ki, bu gün Tbilisİdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında əlavə həcmdə qaz nəqli ilə bağlı müqavilələr imzalanıb. Bu müqavilələrə görə, Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr təbii qaz alacaq və alınan qazın qiyməti xüsusi düsturla - dünya bazarında neftin və neft məhsullarının qiymətinin artıb-azalmasına uyğun olaraq hesablanacaq.

İmzalanma mərasimindən sonra SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, bu müqavilələrlə Azərbaycanın Gürcüstanı 2030-cu ilə qədər “mavi yanacaq”la təmin etməsində heç bir problem olmayacaq.

1news.az

Paylaş:
763

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35
Bütün xəbərlər